İƏT Ukraynadakı müharibəyə müdaxilə etsin – Çağırış

İƏT Ukraynadakı müharibəyə müdaxilə etsin – Çağırış

Türkiyə, BƏƏ və digər üzv ölkələr İslam Əməkdaşlıq Təşkilatından (İƏT) Ukrayna böhranına son qoymaq üçün müdaxilə etməyi xahiş ediblər.

AzerTimes xəbər verir ki, bunu İƏT-in baş katibi Hüseyn İbrahim Taha deyib.

“Biz İslam Əməkdaşlıq Təşkilatı olaraq xarici işlər nazirləri səviyyəsində görüş keçirdik. Nazirlər bizdən dünyanın bu hissəsində böhrana son qoymaq üçün müdaxilə etməyimizi istədilər. Bütün bu ölkələr Rusiya və Ukrayna arasında sülhə nail olmaq və çıxış yolu tapmaq üçün addımlar atır”, – Taha vurğulayıb.

Hüseyn İbrahim Tahanın oktyabrın 23-dən 26-dək Rusiyada işgüzar səfərdə olacağı bildirilib.

Teqlər: