İƏT PA-ya sədrlik Azərbaycana keçdi

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (İƏT PA)
sədrlik Azərbaycana keçib.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova
konfransda çıxışı zamanı bildirib ki, Milli Məclis öz sədrliyi
dövründə Assambleyanın fəaliyyətinin gücləndirilməsi istiqamətində
səylərini göstərəcək.

O vurğulayıb ki, Azərbaycan İƏT PA çərçivəsində fəaliyyətə böyük
önəm verir.

Qeyd edək ki, hazırda Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı
keçirilir.

Teqlər: