İƏT PA-nın Üçüncü Ümumi Konfransının Bakı bəyannaməsi imzalanıb

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA)
Üçüncü Ümumi Konfransının Bakı bəyyanaməsi qəbul edilib.

AzerTimes-ın məlumatına görə, bəyannamə konfransda iştirak edən
nümayəndə heyətlərinin rəhbərləri tərəfindən imzalanıb.

Qeyd edək ki, Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı
keçirilir. Konfransda “Post-pandemiya dövründə əməkdaşlıq:
çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq,
post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi
aparılır.

Konfrans zamanı İƏT PA-ya sədrlik Azərbaycana keçib.

Teqlər: