Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə heyətinin sədri Vüqar Suleymanov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosasiyasının (İƏT OA) Prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç, Assosasiyanın Baş Katibi, Pakistanın Vergilər Ombudsmanı Muştaq Ahmed Suxera və Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüş keçirib.
ANAMA-dan AzerTimes-a bildirilib ki, görüş zamanı Vüqar Süleymanov işğaldan azad edilən ərazilərdə mövcud mina təhlükəsi, hökumətin prioritetlərinə əsasən ANAMA tərəfindən icra edilən humanitar minatəmizləmə əməliyyatları, eləcə də minadan zərərçəkənlər barədə prezentasiya təqdim edib.
Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç qeyd etdi ki, əldə etdikləri məlumatlar əsasında aidiyyəti üzrə hesabatların hazırlanaraq beynəlxalq ictimaiyyətə çatdırılmasını təmin edəcək, həmçinin mina xəritələrinin əldə edilməsinə bir növ təkan verəcəkdir.