Azərbaycan ombudsmanının dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib.
Bu barədə AzerTimes-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, ombudsman Səbinə Əliyeva qonaqları qarşılayaraq, səfərin önəmi barədə söz açıb və nümayəndə heyətinə öz təşəkkürünü çatdırıb.
Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub.
Səfərin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.