İƏT ölkələrinin jurnalistləri Ağdam və Şuşada abidələrə qarşı vandalizmin şahidi olublar – Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev İƏT ölkələrinin jurnalistləri ilə görüşüb.

AzerTimes-ın
məlumatına görə, bu barədə Hikmət Hacıyev öz “Twitter” hesabında
bildirib.

“İslam Əməkdaşlıq Təşkilatına(İƏT) üzv ölkələrin bir qrup
jurnalisti ilə görüşməkdən məmnunluq duyuruq. Onlar işğaldan azad
edilmiş Ağdam və Şuşa şəhərlərində olub, 60-dan çox məscidə və
digər mədəniyyət və dini abidələrə qarşı törədilən vandalizm və
talanların şahidi olublar”, – deyə Azərbaycan Prezidentinin
köməkçisi qeyd edib.

Teqlər: