İƏT nümayəndələrinin Ağdam və Gəncəyə səfəri başlayıb (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndələri Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə Ağdam rayonu və Gəncə şəhərinə səfəri başlayıb.

AzerTimes-ın məlumatına görə, səfər çərçivəsində, həmçinin İƏT Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulur.

Xatırladaq ki, 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.

Teqlər: