İƏT nümayəndələri Füzuliyə getdilər

İƏT nümayəndələri Füzuliyə getdilər

Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti faktaraşdırıcı missiya keçirmək məqsədilə Füzuliyə səfər edib.

AzerTimes xəbər verir ki, nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Məhəmməd Laval Süleyman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Əli Açıqgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Səid al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Cavid Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidu Kamara (Qvineya) daxildir.

Nümayəndə heyətinin səfərinin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Teqlər: