İƏT İslam İnkişaf Bankına Azərbaycana yardımla bağlı müraciət edib

Martın 23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində
keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri
Şurasının (XİNŞ) “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın
qurulması” mövzusunda 48-ci sessiyasında “Azərbaycan Respublikasına
iqtisadi yardım” adlı qətnamə qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzerTimes-a verilən məlumata
görə, qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının
Azərbaycan ərazisindəki bir milyondan çox məcburi köçkünlərin öz
evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi
humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd
olunub. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam
institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin
geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və
bərpasında Azərbaycan hökumətinə və xalqına yardım etməyə çağırış
öz əksini tapıb. Burada, habelə bütün beynəlxalq institutlar
Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə
çağırılıb.

Teqlər: