İƏT-in Baş katibinə “Dostluq” ordeni təqdim edilib

Prezident İlham Əliyev Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə təşkilatın Baş katibi Yusif bin Əhməd əl Osaymini “Dostluq” ordeni ilə təltif edib.

Trend xəbər verir, Prezident İlham Əliyev aprelin 8-də Yusif bin Əhməd əl Osaymini qəbul edərkən ordeni ona təqdim edib.

Teqlər: