Azərbaycanı suverenliyini tam bərpa etməsi ilə bağlı təbrik edirəm.
AzerTimes xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn İbrahim Taha İƏT Əmək Nazirləri Konfransının Nazirlər Sessiyasında çıxışında deyib.
“İƏT baş katibi olaraq Azərbaycanın suverenliyi ilə bağlı haqq işinə dəstək verirəm”, – o vurğulayıb.
Konfransın əhəmiyyətindən danışan Baş katib, onun İƏT daxilində əməkdaşlığı nəzərdən keçirmək üçün əlverişli fürsət olduğunu qeyd edib.
O əlavə edib ki, işsizlik İƏT dövlətlərinin ən vacib problemlərindən biri olaraq qalır: “Üzv dövlətlərimizdə işçi qüvvəsinin təhsil və təliminin doğru istiqamətə yönləndirilməsi çox əhəmiyyətlidir. Ümumilikdə, üzv ölkələrin əhali sayının 1 milyard artaraq 2,9 milyarda çatacağı gözlənilir”.