İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin jurnalistlər
assosiyasının üzvləri Füzuliyə səfər ediblər.
AzerTimes-ın məmuatında görə, bu barədə Azərbaycan Respublikası
Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad
edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi
Emin Hüseynov öz “Twitter” hesabında bildirib.
Ölkə başçısının xüsusi nümayəndəsi qeyd edib ki, səfər zamanı
qonaqlara şəhərin dağıdılmış tarixi abidələri göstərilib, gələcək
inkişaf planı haqqında məlumat verilib.