İƏT-dən səfirliyimizə hücumla bağlı İrana çağırış

İƏT-dən səfirliyimizə hücumla bağlı İrana çağırış

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası Azərbaycanın İrandakı Səfirliyinə hücum törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Vurğulanıb ki, 57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə isə İƏT üzv dövlətləri 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycanın İranın ərazisində olan diplomatik nümayəndəliklərin mühafizəsini təmin etməyə çağırılır.

Qətnamədə həmçinin İƏT Katibliyi və İƏT üzv dövlətlərinin səfirliyə hücumu pisləyən bəyanatları alqışlanır.

Xatırladaq ki, martın 16-17-də İƏT Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.

Teqlər: