İƏT-dən Quranın yandırılması ilə bağlı çağırış…

İƏT-dən Quranın yandırılması ilə bağlı çağırış…

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ilamın simvollarını təhqir edən təkrar hərəkətlərə son qoymaq üçün kollektiv fəaliyyətə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

“Qurani-Kərimi ləkələmək və islam peyğəmbərini təhqir etmək islamofobiyanın yeganə təzahürü deyil. Müsəlman ölkələri bunun qarşısını almaq üçün kollektiv tədbirlər görməlidir”, – deyə İƏT rəhbəri İbrahim Taha bildirib.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda Qurban bayramının ilk günü “Stokholm” məscidinin qarşısında İraq əsilli Salvan Momika polisin müşayiəti ilə Quranı ayaqlar altına ataraq, yandırmışdı.

Teqlər: