Xəbər - Elçin Mehdiyev – Trend:
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günündən hər zaman Azərbaycanın haqq mövqeyini dəstəkləyib, bu münaqişənin beynəlxalq hüquq prinsipinə, sərhədlərin toxunulmazlığı əsasında həll edilməsini dəstəkləyib.
AzerTimes-ın məlumatına görə, bunu Azərbayan Xarici işlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, İƏT beynəlxalq hüquqa əsasən, Azərbaycanı dəstəkləyən mövqeyini əsirgəməyib: “Münaqişə ilə bağlı təşkilat tərəfindən Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələr qəbul edilib. İƏT səfirləri Ağdama, Gəncəyə və digər ərazilərə səfər ediblər, ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərin şahidi olublar”.