İƏGF-ARM və Tatarıstanın “Sələt” gənclər təşkilatı arasında növbəti niyyət protokolu imzalanıb (FOTO)

Kazan şəhərində, Tatarıstanın Gənclər Nazirliyinin binasında
İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi
(İƏGF-ARM) və Tatarıstanın aparıcı gənclər təşkilatı olan “Sələt”
Gənclər Təşkilatı arasında əməkdaşlığın növbəti üç illik fəaliyyət
proqramını tənzimləyən niyyət protokolu imzalanıb. İmzalama
mərasimi çərçivəsində çıxış edən Tatarıstan hökuməti adından çıxış
edən Tatarıstan Respublikasının Gənclər Naziri Timur Süleymanov
Forumun Avrasiya üzrə Regional Mərkəzinin son illərdə “Sələt”
təşkilatı və rəhbərlik etdiyi nazirlik ilə bir yerdə Tatarıstanda
uğurla həyata keçirilən beynəlxalq layihələrdən bəhs edib və
növbəti illərdə bu uğurların davam etdirilməsi baxımından niyyət
protokolunun imzalanlanmasını dəstəklədiyini qeyd edib.

Qeyd etmək lazımdır ki, indiyə qədər İƏGF-ARM və “Sələt”
təşkilatının birgə təşkilatçılığı ilə İƏT Gənc Sahibkarlarının
Beynəlxalq Forumu, Beynəlxalq İƏT Modeli Beynəlxalq Münasibətlər
Akademiyası, İƏT Gənc Startapçılar Forumu və başqa beynəlxalq
tədbirlər keçirilib. Bu layihələrdə bir çox İƏT ölkələrini təmsil
edən gənc liderlər iştirak edib.

İƏGF-ARM-nin Baş direktoru vəzifəsini icra edən Vüsal Qurbanov
və “Sələt” Gənclər Təşkilatının direktoru Aygül Qabdrrəhmanovanın
imzaladığı niyyət protokolunda yaxın üç il ərzində Tatarıstanda
keçiriləcək beynəlxalq tədbirlərin keçirilməsi üzrə konkret
addımlar öz əksini tapıb. İlk olaraq bu ilin 26-27 mart
tarixlərində növbəti Debat Çempionatının Kazan şəhərində
keçirilməsi planlaşdırılır.

Teqlər: