İdxal olunmuş şirniyyat məhsulunun istehlaka yararsız olduğu aşkar olunub (FOTO)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün
mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində
tədbirləri davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, “Türkaz Ticaret”
MMC-nin şirniyyat məhsuluna qida təhlükəsizliyi sertifikatının
alınması ilə bağlı Agentliyə müraciəti əsasında, idxal olunmuş
şirniyyat məhsulundan götürülmüş nümunələrin Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılmış
ekspertizası nəticəsində kif-maya göbələklərinin miqdarının
normadan artıq olduğu müəyyən olunub. Faktla bağlı Agentlik
tərəfindən 24.01.2022-24.01.2023-ci il tarixli, 024 partiya
nömrəli, ümumi çəkisi 340 kq “meliksakşah sultan” əmtəə nişanlı
şirniyyat məhsulu partiyasının zərərsizləşdirilməsi, məhv edilməsi,
geri qaytarılması və ya utilizasiyası barədə qərar qəbul edilib.
Sözügedən məhsul partiyası “Təhlükəli Tullantılar” MMC-yə məxsus
tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam
etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz
halların qarşısının alınması istiqamətində müvafiq addımlar
atır.

Teqlər: