İdxal-ixrac göstəricilərinin daha dərin təhlil edilməsi məqsədilə “Tableau” proqramının tətbiqinə başlanılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter” səhifəsində yazıb.
“İdxal-ixrac göstəricilərinin daha dərin təhlil edilməsi, nəticələrin vizuallaşdırılması və normalar üzrə kənarlaşmanın, avtomatlaşdırılmış qaydada xəbərdarlıq məlumatlarının alınması məqsədilə “Tableau” proqramının tətbiqinə başlanılıb”.