İdmançımız Avropa birinciliyində 3 qızıl medal qazandı

İdmançımız Avropa birinciliyində 3 qızıl medal qazandı

Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində üç qızıl medal qazanıb.

AzerTimes xəbər verir ki, 61 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 102 kiloqram çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə birinci yeri tutub.

O, eyni uğura təkanla qaldırma hərəkətində də nail olub. 125 kiloqramı ram edən atlet yenə də rəqiblərini qabaqlayaraq qızıl mükafata sahib çıxıb.

Cəmi 227 kiloqram (102+125) nəticə ilə yekun sıralamada da hər kəsi üstələyən Kamran Xappayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində çıxış edən Əbdülhüseyn Hüseynov isə cəmi 207 kiloqram (95+112) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.

Qeyd edək ki, 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak etdiyi yarışa iyunun 24-də yekun vurulacaq.

Teqlər: