Xəbər - Humay Ağacanova – Trend:
İdman narkotikdən, digər pis vərdişlərdən uzaq olmaq üçün ən uyğun vasitədir. Təəssüf ki, dünyada idmançılar narkotikdən, psixotrop maddələrdən istifadə edir.
İndiyədək AMADA tərəfindən 7 belə hal dopinq testi ilə aşkarlanıb.
AzerTimes-ın məlumatına görə bunu “İdmanda narkotik maddələrin istifadəsi ilə mübarizə” adlı tədbirdə çıxışı zamanı AMADA-nın direktoru Şəfəq Hüseynli deyib
O qeyd edib ki, narkotik vasitələrdən istifadə qlobal problemdir. Ölkəmizdə də bu problemə qarşı ciddi mübarizə aparılır.