Xəbər - Cani Babayeva – Trend:
Qrup hərəkətlərində Azərbaycan komandası Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun bürünc medalını qazanıblar.
AzerTimes-ın məlumatına görə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın yer aldığı komanda üç halqa və iki dəst gürzlə hərəkətlərdə 33.450 xal toplayıblar.
Birinci yeri Bolqarıstan komandası (39.750 xal), ikinci yeri Yaponiya komandası (35.800 xal) tutub.
Xatırladaq ki, dünən 70.950 bal toplayan Azərbaycan komandası qrup hərəkətlərində çoxnövçülükdə ikinci yerə yüksələ bilib.
Bədii Gimnastika üzrə Dünya Kuboku 26-28 mart tarixlərində Sofiyada keçirilib