Xəbər - Cani Babayeva – Trend:
Azərbaycan idmançıları Zöhrə Ağamirova və Arzu Cəlilova Varnada şəhərində (Bolqarıstan) keçirilən bədii gimnastika üzrə 37-ci Avropa çempionatının çoxnövçülük proqramı üzrə finalına çıxıblar.
AzerTimes-ın məlumatına görə, təqdim olunan dörd hərəkətlərdən ən yaxşı üç nəticənin nəzərə alındığı çoxnövçülükdə Zöhrə Ağamirova 72.700 xal toplayaraq 12-ci yeri tutdu.
Arzu Cəlilovanın üç məşq üzrə nəticəsi 67.350 xal olub, gimnastımız 20-ci yeri tutdu.
Qeyd edək ki, 12 iyunda keçiriləcək çoxnövçülük proqramı üzrə finalda 24 idmançı mübarizə aparacaq. Sabah, çempionatda həmçinin seçmə mərhələsində Azərbaycan komandası qrup hərəkətlərində çıxış edəcək.