İdmançılarımız akrobatika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarına çox ciddi hazırlaşıb – Azərbaycan Gimnastika Federasiyasının baş katibi

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan idmançıları akrobatika gimnastikası üzrə Dünya Yaş
Qrupları Yarışlarına çox ciddi hazırlaşıb.

Trend-in
məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş
katibi Nurlana Məmmədzadə deyib.

“Bu gün Azərbaycanda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya
Yaş Qrupları Yarışlarının açılışı baş tutub. Bu yarışlarda 24
ölkədən 438 gimnast iştirak edəcək. Onlar 12-18 və 13-19 yaş
qruplarında çıxış edəcək. Azərbaycan komandası yarışlarda 12
idmançı ilə təmsil olunur. Gimnastlarımız yarışlara çox ciddi
hazırlaşıb”, – deyə o bildirib.

Baş katib azərbaycanlı gimnastların yarışlarda layiqli çıxış
edəcəyinə və mükfataçılar sırasında yer alacaqlarına ümidvar
olduğunu bildirib.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.


Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: