İdmançılarda dopinq aşkarlanması halları azalıb – Agentlik

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan idmançılarında dopinq aşkarlanması halları xeyli azalıb.

AzerTimes-ın məlumatına görə, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, beynəlxalq səviyyədə aşkarlanan antidopinq qayda pozuntularının sayında da nəzərə çarpan azalma müşahidə olunur:

“AMADA-dan əvvəl 2013-2016-cı illər ərzində beynəlxlq səviyyədə 40 antidopinq qayda pozuntusu aşkarlanmışdısa, son 5 ildə bu rəqəm 21-ə bərabər olub. Son üç ildə isə beynəlxalq səviyyədə Azərbaycan idmançılarında cəmi iki antidopinq qayda pozuntusu aşkarlanıb.


Bu da onu göstərir ki, antidopinq qayda pozuntuları törədən idmançılar əksəriyyəti elə ölkə daxilində müəyyən edilir və onların beynəlxalq yarışlarda iştirakının qarşısı alınır”, – deyə o bildirib.

Teqlər: