İdmançılar əzələ kütləsini artıran maddələri qəbul edərkən diqqətli olsunlar – Kardioloq

Son dövrlər idmançılar arasında ürəktutmasından vəfat edənlər
çoxalıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Kardiologiya Cəmiyyətinin sədri
Üzeyir Rəhimov bildirib ki, ürəktutmadan vəfat edən idmançıların
bir hissəsi məşqlər zamanı dünyada istifadəsi qadağan olunmuş
vasitələrdən istifadə edir.

Onun sözlərinə görə, bəzi idmançılar dopinq, asteroid və. s kimi
hormon dərmanlarından istifadə edirlər:

“Bu da həmin isanlarda infarkt, tromblaşma, qaraciyər
çatışmazlığı, beyin qanamasına səbəb olur. İdmançılara zülallardan
və amin turşularından istifadə etmək tövsiyə olunur. Bunların
xaricində əzələ kütləsini artıran “anabolic steroid” adlı
maddələrdən istifadə etmək olmaz. Bunlar təkcə bədənimizdəki
əzələləri artırmır, eyni zamanda ürək əzələlərini də qalınlaşdırır
ki, bu da ürəkdə aritmiyalara və ürək xəstəliklərinə səbəb olur.
Buna görə də idmançılara tövsiyəmiz odur ki, qadağan olunmuş
qidalardan istifadə etməsinlər”,- deyə Ü. Rəhimov bildirib.

Teqlər: