İdman zallarında dopinq satışının qarşısını almaq üçün tədbir görülür

Xəbər - Elçin Mehdiyev – Trend:

İdman zallarında qanunsuz olaraq dopinq satılması halları ilə mübarizə məqsədilə Azərbaycan Milli Antidopinq Agentliyi hüquq mühafizə orqanları ilə birgə layihə hazırlayır.

AzerTimes-ın məlumatına görə, Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Ş.Hüseynova qeyd edib ki, bu məsələ hər zaman diqqətdədir: “Agenlik ilə yanaşı hüquq mühafizə orqanları tərəfindən də bu məsələ diqqət mərkəzindədir. Bizə bu barədə məlumatlar daxil olur. Pandemiya ilə əlaqədar olaraq idman zalları müəyyən müddət bağlı oldu, lakin biz qanunsuz dopinq satışına qarşı mübarizə məqsədilə hüquq-mühafizə orqanları ilə birgə layihələr hazırlayıb həyata keçiririk”, – deyə Ş.Hüseynli bildirib.

Teqlər: