Xəbər - Asif mehman -Trend:
İdman sağlamlıq mərkəzlərinə girişə COVİD pasportla icazə veriləcək.
AzerTimes-ın məlumatına görə, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, COVİD pasportu olmayan şəxslər – yəni vaksinasiyadan keçməyən, yaxud yoluxub sağalmış insanlar hələlik idman sağlamlıq obyektlərindən istifadə edə bilməyəcəklər:
“Gələcəkdə COVİD passportu olan şəxslərin digər obyektlərə də girişi təmin ediləcək. Buraya konsertlər, teatrlar, kinoteatr, toy və digər şənliklər daxildir”.