İdman sahəsində ilin ən yaxşıları məlum olur

İdman sahəsində ilin ən yaxşıları məlum olur

Dekabrın 26-da Gənclər və İdman Nazirliyinin “İlin idman yekunları” adlı qala mərasimi keçirilir.

AzerTimes xəbər verir ki, mərasimdə müxtəlif nominasiyalar üzrə qaliblər açıqlanır.

İlin ən yaxşı qadın idmançısı qılıncoynatma üzrə millimizin üzvü Anna Başta seçilib. Şahmatçı Gövhər Beydullayeva ikinci, bədii gimnast Zöhrə Ağamirova üçüncü olub.

“İlin ən yaxşı kişi idmançısı” nominasiyasında yunan-Roma güləşçisi Eldəniz Əzizli bütün rəqiblərini qabaqlayıb. Şahmatçı Abdulla Qədimbəyli ikinci, cüdoçu Hidayət Heydərov üçüncü yeri tutub.

“İlin ən yaxşı qadın komandası” adına bədii gimnastika üzrə qrup hərəkətləri komandası layiq görülüb. Voleybolçulardan ibarət yığma ikinci, qılıncoynatma üzrə milli komanda üçüncü yerlə kifayətlənib.

Ən yaxşı kişi komandaları arasında “Qarabağ” futbol klubu qalib olub. Minifutbol üzrə yığma ikinci, 3×3 basketbol millisi üçüncü yeri tutub.

“İlin ən yaxşı baş məşqçisi” “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov seçilib. Onu yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov və bədii gimnastika üzrə yığmanın çalışdırıcısı Siana Vasileva izləyib.

Futbol üzrə FIFA referisi Əliyar Ağayev “İlin ən yaxşı hakimi” adına layiq görülüb. Cüdo hakimi Nazim Umbayev ikinci, boks hakimi Anar Babanlı isə üçüncü olub.

Teqlər: