İdman gimnastikası üzrə Dünya Kubokunda məşqçi bizdən yaxşı nəticələr gözləyir – Samirə Qəhrəmanova

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçiriləcək idman gimnastikası üzrə dünya kubokunda
məşqçi bizdən yaxşı nəticələr gözləyir və biz də öz növbəmizdə
əlimizdən gələni etməyə, bütün ümidləri doğrultmağa
çalışacağıq.

Bunu AzerTimes-a azərbaycanlı
idmançı Samirə Qəhrəmanova qadın idman gimnastikası üzrə 6-cı
Azərbaycan Birinciliyi və Bakı Çempionatının ilk yarış günündə
çıxışından sonra deyib.

Qeyd edək ki, S.Qəhrəmanova martın 31-dən aprelin 3-dək Bakıda
keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanı
təmsil edəcək.

“Dünya çempionatına hazırlıq tam sürətlə gedir, məşqlər
gərgindir. Məşqçi bizdən yaxşı nəticələr gözləyir. Qarşıma hansı
məqsədlər qoyduğumdan danışsaq, ümid edirəm ki, finala yüksələ
biləcəyəm. O ki qaldı, rəqiblərə, onlar barədə düşünmürəm, indi
əsas şey fikrimi toplamaq və məşqə diqqət yetirməkdir, ona görə də
diqqətimi yayındırmaq istəmirəm və yalnız proqramım haqqında
düşünürəm “, – gimnast deyib.

Qadın idman gimnastikası üzrə 6-cı Azərbaycan Birinciliyi və
Bakı Çempionatındakı çıxışından danışan F.Qəhrəmanova uzun
fasilədən sonra bu gün müxtəlif hündürlüklü qollarda proqram təqdim
etdiyini vurğulayıb.

“Dörd illik fasilədən sonra bu gün müxtəlif hündürlüklü qollarda
hərəkət nümayiş etdirdim. Etiraf edirəm ki, bu proqram mənim üçün
asan deyil, ona görə də hazırlığa daha çox vaxt və səy sərf olunur.
Bugünkü nəticə məni sevindirdi”, – gimnast vurğulayıb.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında
keçiriləcək Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman
gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı
Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt
Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69
idmançı qüvvəsini sınayacaq.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar –
2014-2015), uşaqlar (kişilər – 2011-2012/ qadınlar – 2012-2013),
yeniyetmələr (kişilər – 2009-2010/qadınlar – 2010-2011), gənclər
(kişilər – 2005-2008/qadınlar – 2007-2009), böyüklər (kişilər
2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü
və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş
etdirəcəklər.

İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində
yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli
Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları da izləyə
biləcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı
olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd
sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı
təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən
edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər
istisna olmaqla) malik olmalıdırlar.

.

Teqlər: