İdman gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatında final gününə start verilib (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Martın 26-da Bakıda Milli Gimnastika Arenasında qadın idman
gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci
Azərbaycan Birinciliyi və Bakı Çempionatında final gününə start
verilib.

AzerTimes-ın məlumatına görə, bu
gün kişi gimnastlar dayaqla tullanma, dəstəli at üzərində, turnik,
qadın gimnastlar isə gimnastika tiri üzərində və sərbəst hərəkətlər
nümayiş etdirəcək.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında
keçiriləcək Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman
gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı
Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt
Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69
idmançı qüvvəsini sınayacaq.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar –
2014-2015), uşaqlar (kişilər – 2011-2012/ qadınlar – 2012-2013),
yeniyetmələr (kişilər – 2009-2010/qadınlar – 2010-2011), gənclər
(kişilər – 2005-2008/qadınlar – 2007-2009), böyüklər (kişilər
2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü
və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş
etdirəcəklər.

İki illik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində
yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli
Gimnastika Arenasında idman gimnastikası üzrə yarışları da izləyə
biləcəklər.

Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı
olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd
sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı
təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən
edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər
istisna olmaqla) malik olmalıdırlar.

(FOTO: Zaur Mustafayev)

Teqlər: