Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində silah oğurluğunda
təqsirləndirilən Sabunçu rayon Polis İdarəsinin əməkdaşları Musa
Allahverdiyev və Elxan Mustafayevin cinayət işi üzrə məhkəmə
prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Musa Allahverdiyev 5 il 6 ay, Cavid Hüseynov isə 3
il 6 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2020-ci ilin dekabr ayında Sabunçu rayon Polis
İdarəsində aparılan yoxlama zamanı “Zəfər K” tapançalarından
birinin yoxa çıxdığı məlum olub.
Dörd ay davam edən axtarışdan sonra 2021-ci ilin aprel ayında
Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və
Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev bu məsələ ilə
əlaqədar saxlanılıb.