Atlantik Okeanında yaranan “İda” qasırğası ABŞ-ın Luiziana ştatının sahillərinə çatanda ən yüksək, dördüncü kateqoriyaya qədər güclənəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi bildirib.
Məlumatda qeyd olunub: “”İda”nın Luiziana sahillərinə çatanda ən yüksək kataqeriyasında son dərəcə təhlükəli qasırğa olacağı gözlənilir”.
Meteoroloqların proqnozlarına görə, ştatın sahillərində, o cümlədən Yeni Orleanda “potensial fəlakətli ziyanla” daxil olmaqla 49 m/s -ə qədər külək əsəcək.