Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədov İslam Əməkdaşlıq Təşkilatının
Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə görüşüb.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, görüşdə KOBİA və
təşkilat arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib,
əlaqələrin genişləndirilməsi imkanlarına və birgə layihələrin
icrasında dair fikir mübadiləsi aparılıb.