İranda yenidən koronavirusa yoluxanların sayının artması ilə əlaqədar ictimai yerlərdə tibbi maskalardan istifadə tövsiyə olunur.
AzerTimes xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər bölməsi məlumat yayıb.
Bildirilib ki, hazırda viruslu xəstəliklərə yoluxanların 12 faizini koronavirus xəstələri təşkil edir.
“Havaların soyuması ilə əlaqədar yoluxucu xəstəliklərin artması qeydə alınıb. Bu səbəbdən hətta xəstə olmayanların ictimai yerlərdə maskadan istifadəsi lazımdır”, – nazirliyin məlumatında bildirilib.