İctimai nəqliyyatda güzəştlər tətbiq edilə bilər – Rəsmi

İctimai nəqliyyatda güzəştlər tətbiq edilə bilər – Rəsmi

Bakıda nağdsız ödənişlərə keçid təmin olunduqdan sonra ictimai nəqliyyatda güzəştlərin və aylıq, illik ödənişlərin tətbiqi mümkün ola bilər.

AzerTimes xəbər verir ki, bu barədə Report-a cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

“Müxtəlif əhali qrupları – tələbələr, təqaüdçülər və digər sosial qruplardan olan şəxslərə ictimai nəqliyyatda güzəştli gediş haqlarının, həmçinin illik və aylıq ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.

Hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir”,- AYNA qeyd edir.

Bildirilib ki, Bakıda əksər avtobus marşrutlarında nağdsız ödəniş sistemi tətbiq edilir. Paytaxtda 2000-dən artıq avtobus istismar olunur. Bu avtobuslardan 1 824-də nağdsız ödəniş üçün avadanlıq quraşdırılıb.

Teqlər: