İctimai nəqliyyata qoyulan məhdudiyyətlər bitdi

İctimai nəqliyyata qoyulan məhdudiyyətlər bitdi

19 sentyabr saat 00:00-dan, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan ikigünlük məhdudiyyət başa çatıb.

Bu gün saat 06:00-dan etibarən vətəndaşlar fəaliyyətinə icazə verilmiş ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər.