İctimai işlər proqramı üzrə 500-ə yaxın şəxs e-kənd təsərrüfatı informasiya sistemi üzrə işlə təmin edilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST İş” Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşlığı çərçivəsində elektron kənd təsərrüfatı informasiya sisteminin icrası sahəsində də ödənişli ictimai işlər təşkil olunub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, son bir ildə ödənişli ictimai işlər proqramı üzrə 500-ə yaxın şəxs bu sahədə işlərlə təmin edilib. Onlar müxtəlif kənd təsərrüfatı sahələri üzrə subsidiyaların alınması üçün vətəndaşların müraciətlərinin qəbulu, bu müraciətlərin qeydiyyatı, sənədləşmənin aparılması prosesində texniki işlərin yerinə yetirilməsini təmin edilirlər.


Ölkənin hər bir bölgəsi üzrə əmək müqaviləsi əsasında belə ictimai işçilər fəaliyyət göstərirlər.Ümumilikdə isə hazırda ödənişli ictimai işlərdə çalışanların sayı 56 min nəfərdir

Teqlər: