İcra başçısının birinci müavini işdən çıxdı

İcra başçısının birinci müavini işdən çıxdı

Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Cəlil Baxşıyev vəzifəsindən azad edilib.

AzerTimes Report-a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, 62 yaşlı C.Baxşıyev uzun illər Lerik RİH-də çalışıb. O, 1995-ci ildən RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2007-ci ilin iyun ayından isə RİH başçısının birinci müavini vəzifəsində işləyib.

Teqlər: