Bakıda 54 saylı məktəbin direktoru işdən çıxarılıb.
AzerTimes Manşet’ə istinadən xəbər verir ki, bir müddət öncə imzalanmış müvafiq əmrlə Bakı şəhəri 54 saylı tam orta məktəbin direktoru Sahibə Abbasova işdən çıxarılaraq təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Pərvin Ağasıyev direktor vəzifəsinə təyin edilib.
Qeyd edək ki, işdən çıxarılan Sahibə Abbasova Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun bacısıdır.
AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN