İcra başçısı qazinin yasına gəldi, sualları cavablandırdı – Video

İcra başçısı qazinin yasına gəldi, sualları cavablandırdı – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib.

AzerTimes xəbər verir ki, bu gün qazinin yas mərasimi Sabirabadda keçirilib və mərhum torpağa tapşırılıb.

Yas mərasimində Sabirabadın icra başçısı Siraqəddin Cabbarov da iştirak edib.

Jurnalistlərin suallarını cavablandıran başçı hadisə ilə bağlı açıqlamalar verib.

O, qaziyə diqqət göstərildiyini və tələblərinin həyata keçirildiyini deyib:

“Hər həftənin 4-cü günü rəsmi qaydada qəbul keçirirəm. Elvin Cəfərovla da dəfələrlə görüşüm olub. Qəbul günüm olmayanda da onu qəbul etdim. Onun icra nümayəndələri, bələdiyyə tərəfindən hansı tələbləri olubsa, imkan daxilində həyata keçirilib. Son hallarından xəbərim olmayıb.

O, özünü İcra Hakimiyyəti qarşısında yox, Mədəniyyət Sarayının qarşısında yandırıb. Bu məsələ Prokurorluq, hüquq mühafizə orqanlarının işidir. Onlar araşdırır. Hadisə psixoloji durumdan baş veribsə, o da üzə çıxacaq”.

S. Cabbarov, qazi ailəsinə maksimum köməklik ediləcəyini qeyd edib.

Teqlər: