Azərbaycanda yerli icra hakimiyyəti orqanları başçılarının
aktlarının elektronlaşdırılması nəzərdə tutulur.
AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ Prezident İlham Əliyev tərəfindən
təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair
2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər
Planında əksini tapıb.
Fəaliyyət planında yerli icra hakimiyyəti orqanları başçılarının
aktlarının (normativ xarakterli aktlar istisna olmaqla) uçota
alınması qaydalarının təkmilləşdirilməsi və həmin aktların elektron
bazasının yaradılması nəzərdə tutulur.
Planda yerli icra hakimiyyəti orqanları başçılarının aktlarının
(normativ xarakterli aktlar istisna olmaqla) uçota alınması
qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
tapşırılıb.