İcmadan Borrellə: Heç bir şans qalmır!

İcmadan Borrellə: Heç bir şans qalmır!

Qərbi Azərbaycan İcması bir daha Avropa Birliyi (AB) tərəfinə Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan imtina etməyə çağırış edir.

AzerTimes xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir.

“Bu açıqlamalar ilə AB Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübut edir. Otuz ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktını bir dəfə də olsun dilinə gətirməyən bir qurumun nümayəndəsinin Azərbaycana qarşı davamlı olaraq qərəzli mövqedən çıxış etməsi təəssüf doğurur”, – bəyanatda vurğulanıb.

Qeyd olunub ki, belə bir şəraitdə AB-nin Azərbaycan ilə Ermənistan arasında sülh prosesində vasitəçilik missiyası üçün heç bir şans qalmır:

“Vasitəçi kimi prosesə töhfə vermək istədiyini bəyan edən beynəlxalq təşkilatın nümayəndəsinin tərəflərdən birinə qarşı hədələyici tonda bəyanat verməsi “vasitəçilik” prinsipinin mahiyyəti ilə bir araya sığmır və qəbul edilə bilməz. Qərbi Azərbaycan İcması bir daha AB tərəfinə Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan imtina etməyə çağırış edir”.

Teqlər: