İcma: İrəvandan buna son qoymağı tələb edirik

İcma: İrəvandan buna son qoymağı tələb edirik

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu ölkənin baş nazirinin mətbuat katibi vasitəsilə bir daha insan hüquqları məsələsində ikiüzlülük nümayiş etdirən və Azərbaycanın daxili işlərinə qarışan bəyanat verməsinə münasibət bildirib.

Bu barədə AzerTimes-a İcmadan məlumat verilib.

Açıqlamada bildirilib: “İlk öncə xatırlatmaq istərdik ki, Ermənistan hökuməti bu ölkədən azərbaycanlıları etnik nifrət əsasında zorakılıqla qovmuş, onların mədəni irsini dağıtmış və yer adlarını dəyişdirmişdir. Ermənistan hökuməti bu insanların öz evlərinə qayıtmaq hüququnun reallaşmasına hər vəchlə qarşı çıxır və Qərbi Azərbaycan İcmasının bu mövzuda dialoqa başlamaq çağırışları qulaqardına vurur.

Bütün bunların fonunda Ermənistan hökumətinin Azərbaycanın Qarabağ bölgəsində hansısa humanitar problemin olduğunu iddia edərək orada yaşamaqda olan erməniləri hüquqları məsələsi ilə spekulyasiya etməsi və Azərbaycan Respublikasının daxili işlərinə qarışması ikiüzlülük və ərazi iddiasından başqa bir şey deyil.

Ermənistan hökumətinin insan hüquqları məsələsində atmalı olduğu addım öz ərazisindən qovduğu insanların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına qeyd-şərtsiz imkan yaratmaqdır”.

İcma Ermənistan hökumətindən destruktiv addımlarına son qoymağı tələb edib və onu qayıdış hüququnun reallaşması mövzusunda Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırıb.

Teqlər: