2021-ci il noyabrın 18-də Cəlilabad rayonu Sabirabad sakini
Samir Nuriyevin kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə
istintaq tamamlanıb.
Cəlilabad rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, zərərçəkmişin
qonşusu alkoqol sərxoşluğu halında olan Yaşar Əmənov heç bir səbəb
olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Samir Nuriyevə xüsusi
amansızlıqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.
Yaşar Əmənova Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4
(xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən adam öldürmə)
maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.