“İçimdə erməni ruhu var” deyən Əkrəmin yazdıqları…

“İçimdə erməni ruhu var” deyən Əkrəmin yazdıqları…

Əkrəm Əylislinin elədikləri və yazdıqlarının azacıq bir qismi. Amma elə bu azacıq qisim də yetərlidir ki, onun kim olduğunu biləsən:

1. Sero Xanzadyanın Xankəndidə keçirilən 60 illik yubileyində erməni yazıçısının bığlarından o qədər öpüb ki, axırda Yusif Səmədoğlu “ondansa Bakıda mənim itimin bığlarını öpəydin” deyib.

2. “Daş(nak) yuxular” əsərində qərbi azərbaycanlıları “Ermənistandan gələn it uşaqları”, naxçıvanlıları “danabaş”, şuşalıları “verzila” adlandırıb.

3. Öz doğulduğu Əylis kəndini ermənilərin diliylə “Akulis” kimi yazıb.

4. Yazır ki, “Akulis”in əs sahibi türklərin süngüsündə həlak olan ermənilərdir.

5. “Ətirşah Masan”da “Akulis”in pedofil qocalara, zoofil yeniyetmələrə, bic doğan qadınlara qaldığını yazmaqla, bir vaxtlar mövcud olan “müqəddəs erməni məkanı”nın türklər tərəfindən nə günə qoyulduğunu demək istəyir.

5. Türk süngüsündən xilas olan “zavallı erməni qızcığazı Aniko”nun əsrlərin dərinliyindən səsi qulağından getmir.

6. Oğlunu Vətənə qurban verən Xəlil Rza Ulutürkü “Xəlilullah Xəlil” deyə təhqir eləmək istəyir.

7. Türkçü əqidəli yazıçılar İsa Muğanna və Oljas Süleymenova sataşır, onlara 37-ci ilin qaydası üzrə “pantürkist” damğası vurmaq istəyir.

8. “Drujba narodov” jurnalına verdiyi donosda “mən uşaqlıqdan öz xalqıma yox, başqa xalqlara (yəni ermənilərə) etibar etmişəm” yazır.

9. Milli Məclisdəki çıxışında “Qarabağ məsələsində gərək ermənilərə güzəştə gedək, ərazimizin müəyyən faizini onlara verək” deyib.

9. Habil Əliyevə yazıb ki, kaman erməni alətidir.

10. Babəki “qaniçən”, “cani”, “quldur”, “uşaq əti yeyən” adlanıdırıb, Babəki ələ verən Səhl ibn Sumbatı satqın adlandırğına görə Rəsul Rzaya “xunveybin” deyib.

11. “Nobel milli maraqlara verilmir, bəşəri maraqlara verilir” deyə “Daş(nak) yuxuları” Nobel almaq üçün yazdığını boynuna alır.

12. Ermənilər Əkrəmi “naş Akram” adlanırır, onun bədnam “Daş(nak) yuxular” əsərini ekranlaşdırır, erməni diasporu ona siyasi sığınacaq vermək üçün xaricə dəvət edir.

13. “Daş(nak) yuxular” əsasında ermənilər tamaşa hazırlayır və tamaşanın ermənilərin qondarma soyqırım günündə göstərilməsi planlaşdırılır.

14. Əkrəm “Daş(nak) yuxular”da öz daşnakpərəst fikirlərinin ruporuna çevirdiyi qəhrəmanının diliylə deyir: “Mən həmişə hiss etmişəm ki, içimdə bir erməni ruhu var”.

15. “Daş(nak) yuxular” əsərinin qəhrəmanının ruhunun Eçmiədzin kilsəsinə uçduğunu yazmaqla, öz ruhunu nəzərdə tutur.

16. “Daş(nak) yuxular”da H.Əliyev və Ə.Elçibəyin ironik obrazlarını yaratmağa cəhd edir.

P.S. Əkrəmin kim olduğunu hələ 60-80-ci illərdə bir çox şair-yazıçı bilib. B.Vahabzadənin onun ermənipərəstliyini ifşa edən, amma o vaxt məlum səbədən dərci mümkün olmayan şeiri var. B.Vahabzadə “Sən kimsən, nəçisən, özün bilərsən, mən başdan-binadan türk oğlu türkəm” misralarını da ona və onun kimilərinə ünvanlayıb.

Teqlər: