İndoneziyanın cənub sahillərində içərisində 240 nəfərin olduğu sərnişin gəmisi yanıb.
AzerTimes xəbər verir ki, “KM Express Cantika 77” gəmisinin yanması nəticəsində 14 nəfər həlak olub.
Ölkənin Milli Axtarış və Xilasetmə Agentliyinin məlumatında bildirilib ki, xilasedicilər 226 nəfəri xilas edə bilib.
Qeyd edək ki, İndoneziyada bərə və qayıqlarda faciələr tez-tez baş verir.