Bu gün İçərişəhər ərazisində bayram tonqalının qalanması ilə “Bayram Qalası”na start verildi.
AzerTimes xəbər verir ki, İçərişəhər sakinləri, İçərişəhər Ağsaqqallar Şurasının üzvləri, yerli ziyarətçilər və xarici turistlərin iştirakı ilə qalanan tonqal ətrafında bayram ab-havası davam edib.
Tədbir axşam saatlarına qədər konsert proqramı ilə müşayiət olunub.
“Bayram Qalası” günləri 26 mart tarixinə qədər müəyyən saatlarda uşaqlar üçün ustad dərsləri, mühazirələr və konsert proqramları ilə davam edəcək.
Tədbirlərin proqramı Qoruq İdarəsinin rəsmi sosial şəbəkə hesablarında gündəlik olaraq dərc edilir.