İçərişəhərdə tarixin üstünə çıxıb, çay içirlər – Foto

İçərişəhərdə tarixin üstünə çıxıb, çay içirlər – Foto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, Qız qalasının yanında yerləşən tarixi hamamın üstündə restoran-kafe açılıb.

AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, tarixi hamamın üzərindəki ağırlıq abidəni ciddi şəkildə zədələyə və uçmasına səbəb ola bilər.

Sosial şəbəkə istifadəçiləri bunu “tarixi şüurun olmaması” adlandırıblar.

Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət ünvanlasaq da, sorğumuz cavabsız qalıb.

Teqlər: