İçərişəhərdə qala divarı yazıldı: araşdırma aparılır – Foto

İçərişəhərdə qala divarı yazıldı: araşdırma aparılır – Foto

09 iyun 2022-ci il tarixində bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.

AzerTimes xəbər verir ki, bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, idarə məsələni nəzarət altına götürüb və hazırda lazımi tədbirlər görülməkdədir.

Tezliklə görülən əlavə tədbirlər haqqında ictimaiyyətə geniş məlumat veriləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu kimi məsələni işıqlandıran hər bir kəsə təşəkkürünü bildirir.

Teqlər: