İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, İçərişəhər ərazisinin Dövlət Mənzil Fonduna məxsus mənzillərin və dam örtüyünün təmir işləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 105.886,12 AZN-ə (105 min 886 manat 12 qəpik) başa gələcəyini proqnozlaşdırıb.